Bakıda anşlaq: yüzlərlə insan bura axışdı - FOTO
Bizi izləyin

Art

Bakıda anşlaq: yüzlərlə insan bura axışdı - FOTO

Bu gün Bakı İdman Sarayında VI Beynəlxalq Kitab Sərgi-Yarmarkasının "Günlərdən şeir" adlı 3-cü günü baş tutub.

Kult.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AYB mətbuat katibi, şair Xəyal Rza bu yaxınlarda vəfat edən tanınmış şair Oqtay Rza haqqında danışaraq, onun yeni kitabının nəşr olunduğunu bildirib.

Daha sonra qiraətçi Xəzər Süleymanlı İmadəddin Nəsiminin qəzəllərini səsləndirib. Şairlər Fərid Hüseyn, Aqşin Evrən, Aysel Əlizadə, Xəyal Rza və başqaları da öz şeirlərini ifa ediblər.

Bununla yanaşı, tədbir boyu müxtəlif mahnılar, o cümlədən, məşhur müğənni Sami Yusifin son günlər rekord qıran "Sığmazam" kompozisiyası, Azərbaycanın dövlət Himni, Müslüm Moqamayevin "Azərbaycan" mahnısı səsləndirilib.

Sərgiyə gələn oxucular müxtəlif məzmunlu kitablar alaraq, müəlliflərə imzalatdırıblar və xatirə fotosu çəkdiriblər.

Böyük anşlaqla keçən tədbir musiqi sədalar altında başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm