• USD 1,7000 0,00% EUR 1,8752 +0,14%
    • GBP 2,1433 +1,26% RUB 0,0265 +0,38%

Aida İmanquliyevanın əsərləri dünya universitetlərində dərs vəsaiti kimi istifadə olunacaq

  • Art
  • 9 Oktyabr 2019 11:03
  • 1 557 Baxış
Aida İmanquliyevanın əsərləri dünya universitetlərində dərs vəsaiti kimi istifadə olunacaq

Böyük şərqşünas Aida İmanquliyevanın əsərləri dünya universitetlərində dərs vəsaiti kimi istifadə ediləcək.

Eks-sərhədçi, "Gənclərin Əməkdaşlıq Liqası"nın sədri, "El-1" İdman Təşkilatının prezidenti Elçin Çobanzadə bu istiqamətdə dünya universitetləri ilə danışqlar aparır.

Elçin Çobanzadə bildirib ki, ilk görüş Mədinə şəhərində yerləşən Beynəlxalq İslam Universitetinin rektoru və idarə heyəti ilə olub.

Təşkilat rəhbəri bildirib ki, ilk görüşdə müsbət nəticə əldə edilib və başqa universitetlərin rektorları ilə də görüşlər nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə gün əvvəl də Elçin Çobanzadənin ssenari müəllifi olduğu "Mesenat" filmi təqdim edilmişdi. Onun rəhbərlik etdiyi təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşən bir çox layihələri həyata keçirib.

Təşkilar Daxili İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və Dövlər Sərhəd Xidməti ilə əməkdaşlıq edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR