Art
Beynəlxalq “The First” Mükafatları bu il 10-cu dəfə təqdim ediləcək
Azərbaycanın ən məşhur mükafatlaırından sayılan Beynəlxalq “The First” (“Birinci”) Mükafatları bu il 10-cu dəfə təqdim ediləcək.
Publika.az xəbər verir ki, ABŞ, Rusiya, Gürcüstan, İsveç, Finlandiya, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Kıbrıs və başqa ölkələrdən olan tanınmış simaların da mükafatlandırıldığı “The Frist” Mükafatları bu il 10 yaşını – yubileyini qeyd etməyə hazırlaşır.
Elm, siyasət, iqtisadiyyat, təhsil, idman, mədəniyyət, ədəbiyyat, biznes sahələrində uğur qazanmış insanlara təqdim edilən “The First” Mükafatları bugünə qədər Hulusi Kılıç (Türkiyənin ölkəmizdəki keçmiş səfiri), Salih Bezci (Ankara Ticarət Odası başqanı), Nurdan Şanlı (Ankara millət vəkili, Ankara Polis Radiosu, millət vəkillərimizdən Adil Əliyev, Aqil Abbas, Qənirə Paşayeva, Jalə Əliyeva, Məlahət İbrahimqızı, Hüseynbala Mirələmov, Xalq yazıçısı Anar, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq artistləri Firəngiz Əlizadə, Rasim Balayev, Alim Qasımov, Türkiyə sənətçilərindən Bəyazit Öztürk, Erkan Petekkaya, Serenay Sarıkaya, Səlami Şahin, Gökcə, Soner Sarıkabadayı və başqa məşhur simalara təqdim edilib.
Hər il olduğu kimi Beynəlxalq “The Frist” Mükafatları bu il də 18 oktyabr – Müstəqillik Günündə təşkil ediləcək. Türkiyənin Azərbaycanda da məşhur olan “Diriliş Ərtuğrul” serialında Ərtuğrulun qardaşı Sunqurtəkin obrazını canlandıran Sezgin Erdemir, internetdə izlənmə redkordları qıran Mərt və İpək, səfirlərin, millət vəkillərinin, iş adamlarının, media kapitanlarının qatılacağı X Beynəlxalq “The First” Mükafatlrı bu il böyük yubiley tədbiri – konsert proqramı ilə yaddaşlardan silinməyəcək.
Gecədə həmçinin beş məşhur simaya Türk Dünyası Onur Medalları təqdim ediləcək.
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...