Art
Heydər Əliyev Mərkəzinin parkında möhtəşəm konsert - FOTO/VİDEO
Oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konsert olub.
Publika.az xəbər verir ki, konsertdə bir çox tanınınmış şəxslər, ziyalılar, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Konsert “Natiq” ritm qrupu və “Mirvari” rəqs qrupunun birgə təqdimatında “Qarabağ” kompozisiyası ilə başlayıb.
Sonra Azərbaycanın estrada ulduzları Murad Arif, Röya və Miri Yusif çıxış edib, məşhur mahnılarını səsləndiriblər.
Musiqili gecədə, həmçinin Rusiyada yaşayıb-fəaliyyət göstərən tanınmış azərbaycanlı ifaçılar Elman, Ellai, BahhTee konsertdə xüsusi qonaq qismində iştirak edərək, populyar kompozisiyalarını ifa ediblər.
Sonra müğənni-bəstəkar, Azərbaycanın Xalq artisti EMİN çıxış edib. O, repertuarından bir sıra məşhur mahnılarını ifa edib. EMİN Azərbaycana həsr olunan mahnısını isə konsertdə iştirak edən digər sənətçilər və tamaşaçılarla birlikdə oxuyub.
Heydər Əliyev Mərkəzinin parkında təşkil olunan bayram konsertində Azərbaycan bayrağı dalğalandıran minlərlə insan iştirak edib.
***
22:14
Oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının iştirakı ilə konsert keçirilir.
Publika.az-ın məlumatına görə, 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsertdə Röya, Miri Yusif, Murad Arif, "Natiq" ritm qrupu, "Mirvari" rəqs qrupu çıxış edir.
Konsertin xüsusi qonaq müğənniləri də var. Belə ki, müğənni-bəstəkar EMİN, Rusiyada yaşayıb-fəaliyyət göstərən tanınmış azərbaycanlı ifaçılar Bahh Tee (Bəxtiyar Əliyev), Ellai (Elvin Əliyev), Elman (Elman Zeynalov) konsertin xüsusi qonaqlarıdır. Onlar öz məşhur kompozisiyalarını səsləndirəcək.
19:00-da başlayan konsertə giriş sərbəstdir.
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ