“Qobustan - tarixin daş yaddaşı” adlı tədbir keçirildi
Bizi izləyin

Art

“Qobustan - tarixin daş yaddaşı” adlı tədbir keçirildi

Oktyabrın 23-də Qobustan Milli Tarix-Bədii Qoruğunda “Qobustan - tarixin daş yaddaşı” adlı tədbir keçirilib.

Tədbir Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Qobustan Milli Tarix-Bədii Qoruğunun dəstəyi ilə reallaşıb.

Layihənin məqsədi xarici qonaqlara Azərbaycan tarixi haqqında məlumat vermək, Qobustanın dünyanın ilk yaşayış məskənlərindən biri olduğunu çatdırmaqdır.

Tədbirdə gənc aktyorların iştirakı ilə qədim insanların yaşayışını və mədəniyyətini əks etdirən səhnələr təqdim olunub.

Tamaşadan sonra tədbir barədə məlumat verən Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev Qobustanı dünyada təbliğ edəcək tədbirlərin keçirilməsinin daha da mütəşəkkil hal alacağını, bu sahədə yeni layihələrin həyata keçirələcəyini qeyd edib. Qobustanda qədim insanların yaşayışını əks etdirən tamaşa xarici qonaqlar tərəfindən də böyük maraqla qarşılanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm