• USD 1,7000 0,00% EUR 1,8828 +0,03%
    • GBP 2,1978 +0,13% RUB 0,0266 0,00%

Böyük həyəcanla izləyəcəyiniz 10 FİLM

  • Art
  • 4 Noyabr 2019 23:47
  • 1 100 Baxış
Böyük həyəcanla izləyəcəyiniz 10 FİLM

Son illərdə psixoloji müharibələri xatırladan qorxu filmlərinin sayı artır. Bu sahədə tətbiq olunan yeniliklərlə izləyicilər daha çox təşviş keçirir.

Publika.az bu qəbildən olan 10 filmi təqdim edir:

1. "Raw" (2018)

"Grave" adıyla da tanınan bu fransız filmində vegeterian olmaq istəyən qızcığazın zorla bir parça ət yedirdilərək insan ətinə meyl salmağından bəhs olunur. İyrənc görünən səhnələriylə tamaşaçılarda xüsusi maraq oyadır.

2. "Hereditary" (2018)

"Herediatry" bir çox səbəbdən dolayı ötən ilin ən qorxulu filmi mükafatını qazanıb. Məşhur rejissor Ari Asterin sürreal filmi anasının vəfatından sonra ailəsiylə bağlı qorxunc həqiqətləri və sirləri öyrənən qızdan bəhs edir. Filmdə ani qorxutma metodundan istifadə olunmayıb.

3. "Audition" (1999)

Roterdam Film Festivalında çıxan "Audition" filmi Yaponiya qorxu filmi industriyasının əsas filmlərindəndir. Filmdə realistik işgəncə səhnələri o qədər qan dondurucudur ki, rejissora bununla bağlı çoxlu irad tutulub.

4. "The Human Centipede" (2009)

Filmdə bir həkimin qeyri-adi təcrübələri öz əksini tapıb. Qorxuyla iyrəncliyin tandemi olan "Human Centipede". Alman həkimin insandan qırxayaq düzəltmək istəməsindən bəhs edən film dəhşətli səhnələrlə zəngindir.

5. "Climax" (2018)

Fransız rejissor Qaspar Noyun qorxu janrına yaxınlığı məlumdur. "Climax" filmində bir qrup gəncin partidə qorxu və vəhşətlə rastlaşdığı öz əksini tapıb. Filmin sauntrekini Tomas Banqalter bəstələyib.

6. "The Conjuring" (2013)

Bu film də ən yaxşı qorxu filmləri arasındadır. Ed və Lorrin Varren cütlüyünün paranormal hadisələri əhatə edən araşdırmalarından bəhs olunan "The Conjuring" filmlərinin 2013-cü il buraxılışı qorxuyla zəngin səhnələr və buna müvafiq musiqilərlə yadda qalıb.

7. "The Exorcist" (1973)

Klassik filmdir. 46 il əvvəl çəkilməsinə baxmayaraq, bütün dövrlərin ən qorxunc filmləri arasında yer alır. Hələ də kinoteatrlarda "The Exorcist"-ə baxanlar var.

8. "Saw" (2004)

Ssenari müəllifi Ceyms Vandır. Psixoloji məqamlarla zəngin filmdir. Səhnələr izləyicini haldan-hala salır.

9. "The Witch" (2015)

Bu filmə bir çoxları sabahadək baxa bilmir. Buna səbəb qorxu səhnələrinin aramla verilməsidir. Belə səhnələri izləmək olduqca çətindir.

10. "Martyrs" (2008)

İlk baxışdan ev basqınını xatırlatsa da, qorxulu və içindən çıxılmaz labirintə çevrilir. Sadizmi kökündən dəyişdirən fransız filmini izləməkdən əvvəl 2-3 dəfə düşünmək gərəkdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR