Art
5 yaşlı TEAS Press - 700 adda kitab
2014-cü ildən fəaliyyətə başlayan və hazırda ölkənin ən qabaqcıl nəşriyyat evinə çevrilən TEAS Press 5 yaşını qeyd edir.
Publika.az xəbər verir ki, bu illər ərzində nəşriyyat öz məhsullarının çap keyfiyyətinə və seçdiyi kitablara görə oxucuların etibarını və rəğbətini qazanmağı bacarıb. Hər zaman fərqli və zövqlü dizayn edilmiş kitabları ilə seçilən TEAS Press 5 il ərzində 700 addan çox kitab nəşr edib.
Elmi-kütləvi, bədii, tarixi, motivasiya, iqtisadiyyat və bir çox mövzularda kitablar çap edən nəşriyyatın “3 alma” və “YAY” adlı fərqli kitab markaları isə mövzu və yaş kateqoriyasına görə bir-birindən fərqlənir.
TEAS Press Nəşriyyatının digər üstünlüyü isə, xarici və yerli yazarların yalnız müəllif hüquqlarını almaqla kitabları nəşr edir. Bundan başqa, hüquqları alınmış xarişi nəşrləri orijinal dildən tərcümə etməklə TEAS Press ətrafına çoxlu sayda tərcüməçilər, redaktor və korrektorları toplaya bilib. Həmçinin nəşriyyata məxsus bir sıra kitabların hüquqları xarici nəşriyyatlar tərəfindən alınaraq xarici dillərə tərcümə olunaraq həmin ölkələrdə nəşr olunur.
Ölkə başçısı cənab İlham Əliyevin kitaba və mütaliəyə hər zaman göstərdiyi diqqət və qayğını əsas götürən TEAS Press daima müxtəlif tədbirlər, imza günləri və kitab təqdimatları keçirməklə ölkədə mütaliənin təbliğinə az da olsa öz töhfəsini verməyi qarşısına məqsəd qoyub.
Bu 5 il ərzində hər zaman oxucuların fikirlərini və istəklərini nəzərə alan TEAS Press Nəşriyyat Evi sizə xidmət göstərməkdən məmnundur!
Daha ətraflı məlumat: www.teaspress.az
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!