Nazir ilin ən mühüm mədəniyyət hadisəsini açıqladı
Bizi izləyin

Art

Nazir ilin ən mühüm mədəniyyət hadisəsini açıqladı

Bu ilin ən mühüm mədəniyyət hadisələrindən biri də martın 1-də cənab prezidentin, birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə incəsənət xadimləri ilə görüşü oldu. Bu görüşdən sonra müvafiq sərəncamlar imzalandı.

Publika.az xəbər verir ki bunu Mədəniyyət naziri Əbülfəs Qarayev bu gün keçirilən kollegiya iclasında deyib: "Prezidentin sərəncamından sonra kinematoqrafiyanın inkişafına 5 milyon vəsait ayrıldı. Bu proses ciddi yanaşma tələb etdi, böyük bir komissiya yaradıldı və prodüser mərkəzləri ilə görüşlər keçirildi.

Bizə təqdim olunan 250 ssenari nəzərdən keçirildi və çəkilmək üçün 20 əsər müəyyənləşdirildi. Dövlət büdcəsindən vəsait ayıracağıq. Eyni zamanda prodüser şirkətləri ilə əməkdaşlıq etməyə hazırıq".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm