• USD 1,7000 0,00% EUR 1,8463 +0,36%
    • GBP 2,1993 -0,00% RUB 0,0265 0,00%

Mədəniyyət Nazirliyi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etdi - FOTO

  • Art
  • 20 Yanvar 2020 17:03
Mədəniyyət Nazirliyi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etdi - FOTO

20 Yanvar faciəsi Azərbaycan xalqının tarixi yaddaşında dərin hüzn, eyni zamanda milli qürur məqamı kimi həkk olunub. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir. Ancaq o, təkcə faciə deyil, həm də istiqlal yolumuzun zirvəsi, milli məfkurəmizin öz ideallarına çatdığı gündür.

Publika.az-ın məlumatına görə, bütün Azərbaycan xalqı kimi, Mədəniyyət Nazirliyinin, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi də yanvarın 20-də Şəhidlər xiyabanına gələrək milli mücadilə uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ölməz ruhları qarşısında ehtiramlarını bildirdilər. Şəhidlərin xatirəsi yad edildi, məzarları önünə tər qərənfillər düzüldü.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR