Əbüfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbərini qəbul edib
Bizi izləyin

Art

Əbüfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbərini qəbul edib

Nazir Əbüfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozentalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir Əbüfəs Qarayev Bakıda səfərdə olan Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozental və AZZEM Beynəlxalq Fondunun prezidenti Oleq Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə mədəniyyət sahəsində əməkdaşlıq əlaqələri və 2020-ci ildə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılmışdır.

Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyası və AZZEM Beynəlxalq Fondunun Azərbaycan mədəniyyətinin, mədəni irsinin təbliğində rolunu yüksək qiymətləndirildiyini qeyd etmişdir. Nazir hər il Bruklində keçirilən Beynəlxalq Dostluq gününü qeyd edərək tədbirə böyük maraq olduğunu və Azərbaycanın bu tədbirlərdə yüksək səviyyədə təmsil olunduğunu bildirmişdir.

Marietta Rozental hər il Bruklində Azərbaycan həftəsinin təşkil olunduğunu, bu tədbirlər çərçivəsində Azərbaycan mədəniyyəti, ənənələri, milli mətbəx nümunələri, folkloru, musiqisi və rəqslərinin nümayiş olunduğunu qeyd edərək Mədəniyyət Nazirliyi tərəfindən tədbirlərin təşkilində göstərilən dəstəyə görə minnətdarlığını bildirmişdir. O, əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını qeyd etmişdir.

Nazir Əbülfəs Qarayev ölkəmizin mədəniyyətinin təbliği istiqamətində Mədəniyyət Nazirliyi tərəfindən lazımi dəstək göstəriləcəyini bildirmişdir.

Daha sonra 2020-ci ildə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm