“Edama məhkumun son günü” nümayiş olunacaq
Bizi izləyin

Art

“Edama məhkumun son günü” nümayiş olunacaq

Müstəqil Şah Mat Teatrı yanvarın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun “Ölüm məhbusunun son günü” əsərinin motivləri əsasında “Edama məhkumun son günü” adlı tamaşası nümayiş olunacaq.

Şah Mat Teatrının mətbuat katibi Turan Etibaroğlu bildirib ki, səhnə əsəri Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə nümayiş ediləcək.

Tanınmış yazıçı-şair Salam Sarvanın tərcüməsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səbinə Abutalıbzadır.

Psixoloji dram janrında hazırlanan tamaşada teatrın istedadlı aktyoru Anar Bulut çıxış edəcək.

Tamaşanın rejissoru Mir Qabil Əkbərov fransız dramaturqunun klassik romanına tamamilə fərqli aspektdən yanaşmağı bacarıb, maraqlı bir monotamaşa ərsəyə gətirə bilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm