Art
Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar nəşr olundu
Mədəniyyət Nazirliyinin dəstəyi ilə görkəmli Azərbaycan şairi Səməd Mənsurun yaradıcılığı və əsərlərindən bəhs edən “Şeirlər. Felyetonlar. Pyeslər” adlı kitab işıq üzü görüb. Kitaba görkəmli şairin müxtəlif illərdə qələmə aldığı, sağlığında dövri mətbuat orqanlarında çap olunmuş şeirləri, felyetonları və pyesləri ilə bərabər, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan və şairin çap edilmiş kitablarına düşməyən əsərləri də daxil edilib. Kitab “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bərpanəşr” layihəsi çərçivəsində çap olunan “Искусство Азербайджана II” adlı kitab nəşr olunub. Kitabda orta əsrlərdə Azərbaycanda yaradılmış görkəmli memarlıq abidələri, musiqi mədəniyyətimizin tarixi və incəsənətimizin zəngin nümünələri haqqında bəhs edilir. Kitab “Renessans-A” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunan “Azərbaycan Violonçel İnciləri” adlı kitab Azərbaycan Demokratik Respublikasının 100 illiyinə, Qara Qarayevin anadan olmasının 100 illiyinə və Sabir Əliyevin 90 illik yubileyinə həsr olunub. İki cilddən ibarət “Azərbaycan Violonçel İnciləri” adlı məcmuənin I-ci cildi ən nüfuzlu müsabiqələrdə ifa olunan, geniş yaradıcı palitranı özündə əks etdirən əsərlər toplusudur. Kitab “Renessans-A” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib.
Kitablar Mədəniyyət Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və musiqi məktəblərinə paylanılacaq.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!