Tanınmış pianoçu Adilə Əliyevanın ustad dərsləri keçiriləcək
Bizi izləyin

Art

Tanınmış pianoçu Adilə Əliyevanın ustad dərsləri keçiriləcək

Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə respublikanın aparıcı təhsil müəssisələrinin təcrübəli müəllimlərinin, tanınmış incəsənət xadimlərinin iştirakı ilə uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün mütəmadi olaraq ustad dərsləri təşkil edilir.

Bu işlərin davamı olaraq, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Fransada yaşayan həmvətənimiz, Azərbaycan Respublikasının Əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, tanınmış azərbaycanlı pianoçu Adilə Əliyevanın 2020-ci ilin 27, 28 və 29 fevral tarixlərində Bakı və Sumqayıt şəhərlərində uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün ustad dərsləri keçiriləcəkdir.

Ustad dərslərində iştirak etmək istəyən şəxslər müvafiq məlumatları aşağıdakı cədvəldən əldə edə bilərlər.

Ustad dərslərinin cədvəli

Gün

Keçirilmə yeri

saat

27.02.2020

Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbi

ünvan: Bakı şəhəri, N.Şahbazov küçəsi, 42 tel. (012) 440-67-50

10.00-12.00

14.00-17.00

28.02.2020

Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbi

ünvan: Bakı şəhəri, Y.İbrahimbəyli küçəsi, 6 tel: (012) 492-25-53

10.00-12.00

14.00-17.00

29.02.2020

Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi

ünvan: Sumqayıt şəhəri, 9-cu mikrorayon, Koroğlu küçəsi, 373 tel.: (018) 642-16-27

10.00-12.00

Oxumağa davam et
Reklam
Reklam

Gündəm