• USD 1,7000 0,00% EUR 1,8580 0,00%
    • GBP 2,0761 0,00% RUB 0,0238 0,00%

“Bizi birləşdirən mədəniyyət” layihəsi həyata keçirilir - FOTO

  • Art
  • 2 Aprel 2020 17:08
“Bizi birləşdirən mədəniyyət”  layihəsi həyata keçirilir - FOTO

Ölkəmizdə koronovirus infeksiyanın yayılması ilə bağlı tətbiq edilən sosial izolyasiya və xüsusi karantin rejimində insanların mədəni irs və incəsənətimizə yaxın olması, eləcə də şagirdlərin musiqi tədrisinin ev şəraitində davam etdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı tərəfindən birgə “Bizi birləşdirən mədəniyyət” layihəsi həyata keçirilir.

Publika.az xəbər verir ki, layihə çərçivəsində lentə alınan musiqi dərslərinin ilk efir buraxılışı aprelin 1-də saat 18.30-da yayımlandı.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbindən yayımlanan ilk musiqi dərsi klarnet sinfinin 1-ci sinifləri üçün nəzərdə tutulmuşdu. Dərs məktəbin direktoru, Əməkdar artisti Əziz Qarayusifli (klarnet) tərəfindən təqdim edildi.

3 hissədən ibarət 30 dəqiqəlik musiqi dərsində müəllim əvvəlcə ibtidai siniflər üçün tövsiyə edilən dərsliklər barədə danışaraq bu vəsaitlərindən istifadə haqqında bəhs etdi. Sonra düzgün ifa qaydaları izah edildi, notların düzülüşü və ifa, nəfəs alma variantları ilə bağlı tapşırıqlar verildi. Dərsin üçüncü hissəsi klarnet aləti üçün musiqi pyeslərinə həsr olundu. Bu zaman şagirdlərə nüanslara, templərə diqqət yetirmək tapşırığı verildi.

Qeyd edək ki, “Mədəniyyət” kanalı ilə musiqi dərsləri həftə içi beş gün ayrı-ayrı musiqi alətləri üzrə təqdim olunacaq və müxtəlif siniflərin proqramını əhatə edəcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR