“Oskar 2021” təxirə salına bilər
Bizi izləyin

Art

“Oskar 2021” təxirə salına bilər

Amerika Film Akademiyasının üzvləri növbəti Oskar mərasiminin 2021-ci ilin fevralından daha sonrakı tarixə keçirilməsi barədə düşünür.

Publika.az xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb. Bildirilib ki, mükafatın ABC kanalında yayımlanmasının tarixi və vaxtı dəyişməyib. 93-cü Akademiya Mükafatları ənənəvi olaraq fevral ayına təyin edilib. Film Akademiyasının məlumatına görə, mükafatlandırma mərasimi 28 fevral 2021-ci ildə keçirilməlidir. Lakin istisna olunmur ki, koronavirus pandemiyasından dolayı növbəti mərasim təxirə salına bilər.

Xatırladaq ki, pandemiya səbəbindən Oskar film mükafatının təşkilatçıları seçim qaydalarını dəyişməyə qərar vermişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm