Məşhur modelyerin həyatını alt-üst edən QEYRİ-ADİ qadın kim idi? - FOTO
Bizi izləyin

Art

Məşhur modelyerin həyatını alt-üst edən QEYRİ-ADİ qadın kim idi? - FOTO

Bu əfsanəvi modelyerin adı bu gün bütün dünyada tanınan markadır. Pyer Kardin 500-ə yaxın dəb ixtirasının müəllifidir, onun muzaları ən məşhur və gözəl aktrisalar olub. Bununla belə Kardin heç vaxt gizlətmirdi ki, qadınlar yalnız estetik obyekt olaraq onda maraq oyadır. Modelyerin sözlərinə görə, həyatında “ruhunu alt-üst edən” və yaradıcı təxəyyülü alovlandırmağı bacaran yalnız bir qadın olub.

Publika.az bu yazıda oxucuları aktrisa Janna Moro ilə tanış olana qədər qadınlardan uzaq gəzən modelyerin qeyri-adi həyat hekayəsi ilə tanış edib.

Жанна Моро в молодости | Фото: 24smi.org

Onların münasibətləri “ilk paltardan” sevgi ilə başlayıb. 1961-ci ildə yeni filmin çəkilişləri üçün aktrisa Janna Moro modelyer Koko Şanelə müraciət etmişdi. Həmin ərəfədə tətildə olan Koko gənc aktrisaya başqa tanışını tövsiyə etmişdi. Janna sifarişini Kardindən almağa gələndə o qədər heyrətə gəlmişdi ki, filmin çəkilişlərindən sonra kino ulduzu yenidən atelyeyə gələrək ona əməkdaşlıq təklif etmişdi. Kardin də öz növbəsində bu gözəl xanımın qarderobu ilə məşğul olmağa razılıq vermişdi.

“Pyerə aşiq olmuşdum, halbuki onu tanımırdım, yalnız əl işlərini görmüşdüm. Ancaq onu görəndə aşiq oldum, əslində ilk baxışdan sevgi idi... Bu, ildırım eşqi idi. Onun homoseksual olduğunu bilsəm də, hiss edirdim ki, məni sevə biləcək”, - deyə aktrisa müsahibələrinin birində səmimi şəkildə etiraf edib.

Жанна Моро и Пьер Карден | Фото: 24smi.org

Pyer Kardin də Jannanın aktrisalıq istedadına heyran qalmış və yalnız bundan sonra onunla maraqlanmağa başlamışdı. Dizaynerin sözlərinə görə, o, aktrisaya 25 yaşında onu yaşlı qadın rolunda gördükdən sonra vurulmuşdu. O vaxtdan bəri onu “Fransız kinosunun böyük qadını” adlandırırdı. Modelyer tez-tez qadınlardan ilham alırdı, lakin onlar heç biri onun üçün istək obyekti olmamışdı. Üstəlik o, orientasiyasını heç vaxt gizlətmirdi:

“Gey idim və heç vaxt bir qadınla fiziki yaxınlığım olmamışdı. Ancaq Janna məni həyəcanlandırırdı. Bu qadını bütləşdirmişdim, özümü xoşbəxtliyin zirvəsində hiss edirdim. Sanki xüsusi olaraq mənim üçün yaradılmışdı. Çarpıcı idi və bütün ruhumu alt-üst etməyi bacarmışdı. Bu qadını arzulayırdım. Və yəqin ki, onu arzulayan tək mən deyildim... “Aşiqlər” filmindən sonra inanın, Fransadakı kişilərin çoxu bu qadına valeh olmuşdu”.

Janna Moro həqiqətən qeyri-adi qadın və aktrisa idi. O, janrsız və intellektual filmdə rol alan ilk aktrisa idi ki, “yeni dalğa”nın idoluna çevrilmişdi. Janna Moro Bricit Bardot və Ketrin Denyov kimi cazibədar deyildi. Tanınmış kino tənqidçisi Jinettta Vensando yazırdı ki, Bricit Bardot həssaslığı, Ketrin Denyov zərifliyi təcəssüm etdirsə də, Moro intellektual qadınlıq idealı idi.

Актриса в 1958 г. | Фото: kp.ru

Gəncliyində Janna Moro cəlbedici deyildi, ümumiyyətlə film təklifləri az olurdu. Odur ki, geniş ictimaiyyət arasında populyarlığını müasirlərinin şöhrəti ilə müqayisə etmək olmazdı. O, serialdakı məşhur partnyorlarından - Alen Delon, Pier Riçard, Jerar Depardiye və başqalarından daha az tanınırdı. Eyni zamanda o dövrün ən yaxşı rejissorları - Fransua Truffaut, Miçelanjelo Antonioni, Luis Bunuel və başqaları ilə işləmək şansı qazanmışdı.

Брижит Бардо и Жанна Моро в фильме *Вива Мария!*, 1965 | Фото: kino-teatr.ru

Çoxları hesab edirdi ki, Janna Moro Pyer Kardinin həyat yoldaşıdır. Ancaq onlar heç vaxt rəsmi nikaha daxil olmamışdı. 4 illik münasibətdən sonra aktrisa və modelyer ayrılır və bu illəri həyatlarının ən xoşbəxt dövrlərindən biri kimi xatırlayırlar. Onlar dünyanın yarısını gəzərək çoxlu səyahət etmişdi. Birlikdə heç vaxt darıxmazdılar.

“Aramızda həlim ahəng var idi, çünki ikimiz də özümüzə yetirdik və uğur qazanmaq üçün bir-birimizə ehtiyac duymurduq. O, mənim üçün ilham mənbəyi idi, mən onun üçün qeyri-adi, cəsarətli tualetlər yaradırdım. O, məndə ədəbiyyat və teatr zövqünü inkişaf etdirdi, mən isə onu səyahətlərə aparırdım.

Жанна Моро и Пьер Карден | Фото: 24smi.org

Janna hər an təəccübləndirə və ağlasığmaz qərarlar verə bilən qadın idi. Bir dəfə Nyu-Yorkda birdən Beşinci prospektin ortasında dayandı və mahnı oxumağa başladı. Pyer Kardin yaxınlıqdakı qarışıqlıq içində donub qalmışdı. Yoldan keçənlər ona pul atmağa başladı və o, küçə müğənnisinin imicinə o qədər alışdı ki, yarım saat mahnı oxumağa davam etdi. Bundan sonra pulları toplayıb cibinə qoyur: “Əla, iki hamburger və bir şüşə soda qazandım. Gəl, səni qonaq edirəm” deyir”.

Bəlkə də aktrisa ana ola bilsəydi, cütlüyün münasibətləri uzun müddət davam edərdi.

Жанна Моро в фильме *Поезд*, 1964 | Фото: kino-teatr.ru

“Tamamilə dəlisov həyat tərzi sürürdük. Janna daim setdə və ya teatrda məşğul idi, mən bütün gün studiyada işləyir və dəfilələrə hazırlaşırdım. Yaşamağa, hər şeyi idarə etməyə tələsirdik, amma eyni zamanda əsas olanı - hisslərimizi qoruyub saxlaya bilmədik. Bundan əlavə, Janna ilə mənim övladım ola bilməzdi. Təəssüf ki, sonsuzluğa səbəb olan əməliyyat keçirmişdi. Bəlkə də həyatımda peşman olduğum əsas şey ata olmamağımdır”.

Жанна Моро и Пьер Карден | Фото: butik.com.ua

Buna baxmayaraq, ulduzlar ayrıldıqdan sonra da isti münasibət saxlaya bilmişdi. Müəyyən mənada cütlük keçmiş sevgisinə sadiq qalmışdı. Modelyer bildirmişdi ki, kişilərlə və qadınlarla yatsa da, Janna onun böyük məhəbbətlə sevdiyi yeganə qadın olub:

“Taleyə minnətdaram ki, həyatda belə bir qadınla qarşılaşmışam. Zamanla ağrı yox oldu, həssaslıq və ... peşmanlıq qaldı. Janna mənim həyatımda sevdiyim yeganə qadın idi”.

Janna Moro iki dəfə evli olur, bu və digər münasibətləri də tez boşanma ilə başa çatmışdı. Lakin aktrisa modadakı seçimlərini bir daha dəyişmir: 40 il boyunca Kardindən geyinməyə davam edir. Pyerin sayəsində aktrisanın adı hələ də Paris şarm və şıqlığının təcəssümü kimi anılır.

Жанна Моро и Пьер Карден | Фото: uznayvse.ru

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm