Art
Leyla Əliyeva şəhidlərə şeir yazdı: “O dərdli uşağın göz yaşı üçün...”
Tovuz rayonu istiqamətində xain düşmənin törətdiyi hərbi təxribat nəticəsində Azərbaycan Ordusunun bir qrup hərbçisi şəhid olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “O dərdli uşağın göz yaşı üçün...” adlı şeirində bu itkidən doğan kədər hisslərini, xalqımızın qələbə əzmini, işğal altında inləyən torpaqlarımızın azad olunacağına inamını ifadə edir.
Publika.az şeiri təqdim edir.
Bombalar səs-səsə veriblər yenə,
Vətənin bağrından qan axır indi.
Düşmən gülləsinə tuş olan əsgər,
Yaran qəlbin qədər dərin, dərindi.
Ağlayır bir ata itirmiş uşaq,
Ağlayır göylərdə Günəş də bu gün.
Ellikcə savaşa hazırıq, Vətən,
O dərdli uşağın göz yaşı üçün.
Bir gün qayıdacaq yerinə hər şey,
Bir gün sevinəcək bu yurd, bu ocaq...
Ancaq o atanın isti qucağı
Bir də o uşağa açılmayacaq.
Elimiz qələbə sorağı gözlər:
Gözləri yoldadı, qulağı səsdə.
Analar əlini qoyub and içir
Oğul itkisinin ağrısı üstə.
Gün gələr, o zəfər xəbəri gələr,
Öpər igidlərin başdaşlarını.
Ata nisgiliylə qovrulan uşaq
Dəfn eylər gözündə göz yaşlarını.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!