Azərbaycan pianoçusu tarix yazdı - FOTO
Bizi izləyin

Art

Azərbaycan pianoçusu tarix yazdı - FOTO

Pianoçu Toğrul Hüseynli Almaniyada keçirilən Pianoçuların XVI Motsarte Beynəlxalq Müsabiqəsinin qalibi oldu.

Publika.az xəbər verir ki, 8-11 sentyabr tarixində Almaniyanın Axen şəhərinin Konservatoriyasında keçirilmiş Pianoçuların XVI Motsarte Beynəlxalq Müsabiqəsi böyük tarixə malik, Avropanın ən böyük müsabiqələrindən biridir. Bu müsabiqə hər zaman orada məşhur pianoçuların iştirakı ilə tanınır.

Bu il baş tutan müsabiqədə Almaniya, İtaliya, Belçika, Rusiya və Fransadan gəlmiş məşhur musiqiçilərin iştirakı ilə 8 münsif iştirak edirdi. Onlar dünyaca məşhur pianoçu-professorlar Vilçenzo Balzani (İtaliya), Andreas Frölih (Almaniya), Paulo Baqlieri (İtaliya), Katya Andeyeva (Rusiya-İsveç) və Volfram Şmit-Leonardi (Almaniya) və başqaları idilər.

Müsabiqənin təşkilatçıları Almaniyanın Köln, Axen Konservatoriyaları və Axen şəhərinin İcra Hakimiyyəti idi. Müsabiqənin ilk 2 mərhələsi Axen Konservatoriyasında, final mərhələsi isə Axen şəhərinin məşhur “Bal” zalında keçirilmişdir. Qeyd etmək istərdik ki, bu müsabiqə mövcud pandemiya şərtlərinin yumşaldılmasından sonra ənənəvi qayadada keçirilən ilk müsabiqə idi. Alman mətbuatı bu müsabiqəni geniş şəkildə işıqlandıraraq dünya ictimaiətinə təqdim etmişdir. Müsabiqənin 2 və 3- cü mərhələləri youtube kanalı vasitəsilə canlı yayımlanaraq təqdim olunmuşdur. Aşağıda təqdim olunmuş linklər vasitəsilə Toğrul Hüseynlinin ifasını izləmək mümkündür.

https://youtu.be/NJJvTGB3Ynk

https://youtu.be/1zKvKM2OXfI

Dünyanın 13 ölkəsindən - İtaliya, İngiltərə, ABŞ, Yaponiya, Çin, Cənubi Koreya, Taivan, Rumınya, Ukrayna, Rusiya, Serbiya, Polşa və Azərbaycandan 30 iştirakçının qatıldığı müsabiqə mürəkkəb proqram şərtləri və 3 mərhələli olması ilə yalnız ən istedadlı pianoçuların mübarizə apara biləcəyi bir müsabiqədir. Bu müsabiqədə iştirak edən pianoçular dünya musiqi arenalarında öz sözlərini demiş pianoçular idi.

Birinci mərhələdən ikinci mərhələyə 30 iştirakçıdan yalnız 8 pianoçu keçə bildi. Gərgin mübarizə İkinci mərhələdə də davam edirdi. Bu mərhələdə 40 dəqiqəlik proqramla çıxış edən həmyerlimiz Toğrul Hüseynli ifa etdiyi R.Şumanın “Simfonik etüdlər” op.13 silsiləsi və L.V.Behhovenin C dur op.53 “Avrora” Sonatası ilə bütün münsiflər heyətinini məst etdi. Finala ancaq 3 iştirakçı- Toğrul Hüseynli , Ukrayna və Çinin pianoçuları keçərək finalist adlarını qazandılar.

Fianlda Toğrul Hüsenli V.A.Motsartın KV310 a moll, və S.Prokofyevin 7 saylı op.83 Sonatasını yüksək səviyyədə ifa edərək digər iki həmkarını geridə qoydu. Birinci dərəcəli mükafat yalnız Toğrul Hüsynliyə təltif olundu.

Nəzərinizə çardırırıq ki, Toğrul Hüseynli dəfələrlə İspaniya, Almaniya, Ukrayna, Azərbaycan və dünyanın digər ölkələrində keçirilmiş nüfuzlu Beynəlxalq Müsabiqələrinin qalibi və laureatı olub.

Azərbaycanımızın adını iştirak etdiyi beynəlxalq müsabiqələrdə, festivallarda, konsertlərdə yüksək zirvələrə qaldlran istedadlı pianoçumuzu ürəkdən təbrik edir və yeni yaradıcılıq zirvələri diləyirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm