• USD 1,7000 0,00% EUR 2,0271 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0225 0,00%

Mədəniyyət Nazirliyi ictimai rəy sorğusu keçirir

  • Art
  • 18 Noyabr 2020 15:51
Mədəniyyət Nazirliyi ictimai rəy sorğusu keçirir

Mədəniyyət sahəsində islahatlar prosesi davam edir.

Publika.az xəbər verir ki, islahatlar paketi çərçivəsində mədəniyyət sahəsinin idarə edilməsində insan resurslarının müasirləşdirilməsi, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə cavab verən və insan inkişafına yönəlmiş mədəniyyət infrastrukturunun qurulması, bu sahədə iqtisadi cəhətdən dayanıqlı maliyyələşdirilmə modelinin təşkili, müasir menecment üsullarının uğurlu tətbiqi ilə effektiv idarəetmənin formalaşdırılması və milli yaradıcı potensialın reallaşdırılması üçün optimal platformaların yaradılması kimi müxtəlif tədbirlər nəzərdə tutulmuşdur.

Qeyd olunan islahat tədbirləri əhatəli şəkildə hazırlanacaq Azərbaycan Respublikasının Mədəniyyət Strategiyasında öz əksini tapacaq.

Strategiya çərçivəsində ölkəmizin milli mədəniyyətinin gələcək perspektivlərinin, vizyonunun və prioritet sahələrinin müəyyənləşdirilməsi və bu prosesdə geniş ictimai rəyin və yaradıcı şəxslərin fikirlərinin öyrənilməsi olduqca vacibdir.

Bu məqsədlə ölkəmizdə mədəniyyət sahəsinin gələcək inkişafı, bu sahənin daha səmərəli şəkildə idarə edilməsi, milli yaradıcı potensialın reallaşdırılması ilə bağlı fikir və mülahizələrini bildirmək istəyən vətəndaşlarımızı, yaradıcı insanları Azərbaycan Respublikasının Mədəniyyət Strategiyasının hazırlanması üçün ictimai rəyin öyrənilməsi sorğusunda iştirak etməyə dəvət edirik.

Sorğuya keçid: Link

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR