Mərhum Xalq artistinin məzarı baxımsız vəziyyətdədir - FOTO
Bizi izləyin

Art

Mərhum Xalq artistinin məzarı baxımsız vəziyyətdədir - FOTO

Xalq artisti Gülşən Qurbanova artıq 14 ildir vəfat etsə də, ona hələ də məzarüstü abidə qoyulmayıb.

Publika.az xəbər verir ki, Gülşən Qurbanovanın Yasamal qəbiristanlığındakı məzarı da baxımsız vəziyyətdədir.

Ötən gün ərazidən çəkilmiş fotonu təqdim edirik.

Qeyd edək ki, Gülşən Qurbanova 1950-ci ilin dekabr ayının 19-da Bakı şəhərində anadan olub. Tanınmış aktyor Ağadadaş Qurbanovun qızı, aktyor Hamlet Qurbanovun ata bir, ana ayrı bacısı, aktyor Mübariz Əlixanoğlunun həyat yoldaşı, əməkdar incəsənət xadimi Firəngiz Qurbanovanın bacısıdır.

G.Qurbanova 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2006-cı il 19 dekabr tarixində vəfat edib. O, daha əvvəl 3 dəfə infarkt keçirib.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm