"Rus əsgərinin cavabını verdim, avtomatı üstümə çəkdi..." - Xalq artisti "QANLI GECƏ"dən DANIŞDI
Bizi izləyin

Art

"Rus əsgərinin cavabını verdim, avtomatı üstümə çəkdi..." - Xalq artisti "QANLI GECƏ"dən DANIŞDI

Xəbər verdiyimiz kimi Xalq artisti Rasim Balayev də 1990-cı il Yanvarın 19-dan 20-nə keçən gecə rus əsgərləri ilə üz-üzə gəlib.

Publika.az xəbər verir ki, Xalq artisti həmin o tarixi gecəni belə xatırlayır:

“Onda həyat yoldaşımı Moskvaya müalicəyə aparmışdım. Elə oldu ki, yanvarın 19-da gecə Bakıya qayıtdıq. Hava limanından bizi buraxmadılar və dedilər ki, şəhərdə qırğındır. Bir neçə sərnişin təyyarəsi gələndən sonra hava limanında sıxlıq yarandı, adam əlindən tərpənmək olmurdu. Səhərə yaxın saat 5-ə qədər hava limanında qaldıq. Onda bir “Jiquli” maşınım var idi, Moskvaya gedəndə Mərdəkanda əmimoğlugilə qoymuşdum. Fikrim var idi ki, gedim maşını götürüm və gəlim hava limanından oğlumla həyat yoldaşımı aparım. Çünki maşın tapılmırdı. Çətinliklə bir maşın tapdım və Mərdəkana getdim.

Gedəndə gördüm ki, yol qırağında meyitlər var, hər yer qan idi. Maşınıma minib hava limanına qayıtdım. Hava limanına girəndə rus əsgərləri maşınımı saxlayıb yoxladılar. Daha sonra əsgər mənlə kobud danışdı və mən də bunun cavabını verdim. Bu cavabımdan sonra rus əsgəri avtomatı üstümə çəkdi, bu zaman adamlar araya girdi, çünki tanıyırdılar. Adamlar olmasaydı, rus əsgəri məni də güllələyərdi. Sən demə, komendant saatı imiş, bunlar insanları qırıblar. Gələndə də yolun qırağında üstündən tanklar keçən maşınları görüb ağlaya-ağlaya evə gəldik”. / Moderator.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm