Berlin Film Festivalında filmlərin reytinqi açıqlandı
Bizi izləyin

Art

Berlin Film Festivalında filmlərin reytinqi açıqlandı

Martın 1-dən 5-dək keçirilən 71-ci Berlin Film Festivalında iştirak edən filmlərin reytinqi açıqlanıb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda tənqidçilər cənubi koreyalı rejissor Honq Sanq-su tərəfindən ərsəyə gətirilən və vüsal-hicran haqqında üç fəlsəfi hekayədən ibarət “Başlanğıc” (“İntroduction”) filmini birinci yerə layiq görüblər.

3,3 xal toplayan bu film daha çox fransalı və britaniyalı tənqidçilərin rəğbətini qazanıb.

Sonrakı yerlərdə macarıstanlı rejissor Denes Naginin II Dünya müharibəsi mövzusunda “Təbii işıq” filmi və rumıniyalı rejissor Radu Yudenin bir məktəb müəlliminin başına gələnlərdən bəhs edən “Tərslik tutdu, yaxud Dəlisov porno” (“Bad luck banging or Loony porn”) filmi qərarlaşıb.

Xatırladaq ki, festival onlayn keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm