• USD 1,7000 0,00% EUR 2,0331 0,00%
    • GBP 2,3391 0,00% RUB 0,0222 0,00%

Azərbaycanlılar və türklər Almaniyada AYAĞA QALXDI - BUNA GÖRƏ

  • Art
  • 4 Mart 2021 17:49
  • 6 300 Baxış
Azərbaycanlılar və türklər Almaniyada AYAĞA QALXDI - BUNA GÖRƏ

Berlin Beynəlxalq Film Festivalının proqramına Ermənistan istehsalı olan Qarabağ haqqında film salınıb.

Publika.az xəbər verir ki, “Forum” proqramına salınan “Qara Bağ Artsax” adlı film türk və azərbaycanlı internet istifadəçilərinin sərt etirazları ilə qarşılanıb.

Azərbaycan-Ermənistan münaqişəsindən bəhs edən film Qarabağdakı erməni sakinlərlə 2007-ci ildə alınmış müsahibələrə əsaslanır. Filmin rejissorları İrene Anastas və Rene Gabridir.

Azərbaycanlı istifadəçilər filmin adına hiddətlə reaksiya verib və “Berlinale” saytında dərc olunan rejissorların təqdim etdiyi təsviri qərəzli hesab edib.

Ekran işində 1990-cı illərdə Dağlıq Qarabağdakı münaqişə “qurtuluş və öz müqəddəratını təyinetmə mücadiləsi” kimi təsvir edilir və son - 2020-ci ildə baş verən anti-terror əməliyyatları “Azərbaycan işğalı” adlandırılır.

Festival azərbaycanlı və türklərin filmin proqramdan çıxarılması çağırışlarını rədd edib. Virtual nümayişdən sonra film yayda Berlində oflayn nümayiş olunacaq. Nümayişdən sonra müzakirə panelləri açılacaq.

****

14:32

Publika.az məsələ ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mövqeyini öyrənib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə saytımıza bildirib ki, Berlin Beynəlxalq Film Festivalının rəhbər şəxslərinə və digər rəsmilərə bu barədə müraciət ünvanlanıb: “71-ci Berlin Beynəlxalq Film Festivalına bu filmin daxil edilməsi Ermənistanın Azərbaycana qarşı yürütdüyü növbəti təxribatdır və nazirlik bununla bağlı müvafiq tədbirlər görür. Cari ilin mart və iyun aylarında keçiriləcək 71-ci Berlin Beynəlxalq Film Festivalında “Black Bach Artsakh” (“Qara Bağ Artsax”) sənədli filminin nümayişi, eləcə də filmlə bağlı qeyd olunmuş Azərbaycan haqqında böhtan və iftira xarakterli məlumatlar, həmçinin istehsalçı ölkə kimi qondarma “Artsax Respublikası” yazısı festivalın saytında yer aldıqdan dərhal sonra Mədəniyyət Nazirliyi tərəfindən müvafiq tədbirlər görülüb. Sözügedən filmin və qeyd olunan məlumatların festivaldan və onun saytından yığışdırılması ilə əlaqədar fevral ayının ortalarında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən AFR-in mədəniyyət və media üzrə müvəkkilinə, Berlin Beynəlxalq Film Festivalının rəhbərliyinə rəsmi məktublar göndərilib”.

Nazirliyin sözçüsü qeyd edib ki, fevralın 19-da Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə nazirlikdə görüş keçirilib, filmin Berlin Beynəlxalq Film Festivalının proqramına salınmasına etiraz ifadə olunub: “Mədəniyyət naziri Anar Kərimov alman səfirə öz etirazını bildirdi. Bütün bunların nəticəsi olaraq, film Festivalın proqramından çıxarılmasa da, onun sinopsisi dəyişdirilib və Azərbaycana qarşı həmin sinopsisdə əks etdirilən radikal fikirlər və məlumatlar silinib. “Black Bach Artsakh” filminin istehsal edildiyi ölkə adı dəyişdirilərək “Ermənistan Respublikası” yazılıb, Azərbaycan haqqında qeyd olunan böhtan və qarayaxma xarakterli məlumatlar festivalın saytından yığışdırılıb”.

Zümrüd, Leyla, Akqabay

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR