Şəhidlərimizin xatirəsinə həsr edilmiş sərgi açıldı
Bizi izləyin

Art

Şəhidlərimizin xatirəsinə həsr edilmiş sərgi açıldı

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımızın əziz xatirəsinə həsr olunmuş sərginin açılış mərasimi keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, Milli Məclisin deputatı Könül Nurullayevanın təşəbbüsü ilə baş tutan sərginin təşkilində əsas məqsəd vətən uğrunda şəhid olmuş bütün oğullarımızın əziz xatirələrini yaşatmaq, qəhrəmanlıq dastanlarını əbədiləşdirmək, onların ruhlarını yad etmək, şəhid ailələri, övladları və valideynləri qarşısında mənəvi vətəndaşlıq borcunu yerinə yetirməkdir.

Qeyd edək ki, Muzey Mərkəzində təşkil olunan sərgi şənbə və bazar günləri istisna olmaqla, 14-20 aprel tarixlərində bütün vətəndaşların üzünə açıq olacaq.

Sərgiyə giriş sərbəstdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm