Kann Film Festivalının qalibləri məlum oldu - FOTO
Bizi izləyin

Art

Kann Film Festivalının qalibləri məlum oldu - FOTO

74-cü Beynəlxalq Kann Festivalının qalibləri mükafatlandırılıb.

Publika.az xarici KİV-lərə istinadla xəbər verir ki, nəticələrə əsasən “Qızıl Palma Budağı” mükafatını fransız rejissor Julia Dukornonun “Titan” filmi qazanıb. Finlandiyalı rejissor Yuxo Kuosmanenin “6 nömrəli kupe” və iranlı rejissor Əsgər Fərhadinin “Qəhrəman” filmləri Qran-pri mükafatına layiq görülüb. Leos Karaks “Annett” filminə görə ən yaxşı rejissor, Rusuke Xamaquti “Mənim maşınımın sükanı arxasına keç” filminə görə ən yaxşı ssenarist seçilib.

Qeyd edək ki, iyulun 7-də başlayan Kann Film Festivalının münsiflər heyətinə amerikalı aktyor Spike Li sədrlik edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm