Məşhur fotoqrafın “Qarabağ” kitabı işıq üzü gördü
Bizi izləyin

Art

Məşhur fotoqrafın “Qarabağ” kitabı işıq üzü gördü

Fransada yaşayıb fəaliyyət göstərən azərbaycanlı fotoqraf Maya Bağırovanın “Qarabağ” adlı kitabı işıq üzü görüb.

Publika.az xəbər verir ki, tanınmış fotoqrafın kitabını 4 dildə (azərbaycan, rus, ingilis və fransız) əldə etmək olar.

Maya Bağırovanın “Qarabağ” kitabı 44 günlük Vətən müharibəsində qazandığımız tarixi zəfərdən sonra səfərdə olduğu ərazilərimizdə ərsəyə gəlib.

Bu siyahıya Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Xudafərin körpüsündə ağ-qara formatda çəkilmiş fotoşəkillər daxildir.

Elektron formatda işıq üzü görən “Qarabağ” kitabında bütün fotoşəkillər müəllifin duyğularının təcəssümü olan mətnlərlə müşayiət olunur.

Müəllif kitabı haqda danışarkən bu fikirləri dilə gətirib:

“Birinci Qarabağ müharibəsi başlayanda hələ doğulmamışdım. Amma uşaqlığımdan bəri anaların göz yaşlarının, Qarabağsızlığın acısının şahidi olmuşam. Sanki Azərbaycanın qanadları qırılmışdı.

İkinci Qarabağ mühaibəsi başlayanda Parisdə idim. Ölkəmdəki vəziyyəti öyrənəndə qəlbim parçalandı. Tezliklə Azərbaycana gəlib, işğaldan azad olunmuş rayonlarımıza getmək istədim. İlk səfərim Füzuliyə oldu. Dağıdılmış evlər, məscidlər, ümumiyyətlə şəhərin bu çarəsiz durumu məni dəhşətə gətirdi. Ağdama “ruhlar şəhəri” deyirəm. Çünki bu mənzərəni görəndə duyduğum kədəri izah etməyə başqa söz tapmıram.

Bu gün işğaldan azad olunan torpaqlarımıza qayıdan insanların üzündəki sevinci, xoşbəxtliyi görəndə bir daha əmin oluram ki, vətənimizin qanadları yenidən geri qayıdıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm