Art
Anar Şuşadakı təklifindən danışdı
“Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi həm mənəvi, həm hərbi, həm də siyasi zəfərimizdir. Şuşada yaşadığımız sevinci hər birimiz paylaşırıq. Fərəhlənir və qürur duyuruq”.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev deyib. Tədbirin əhəmiyyətindən söz açan Xalq yazıçısı dünən Prezident İlham Əliyev ilə söhbət zamanı qurultayın oktyabr ayında Şuşada keçirilməsi təklifindən danışıb:
“Dövlət başçısı bu təklifi razılıqla qarşıladı, odur ki, növbəti qurultayın Şuşada keçirilməsi gözləniləndir. Lakin pandemiya səbəbindən tədbirin nə zaman və necə keçirilməsi ilə bağlı təfərrüatları hələlik məlum deyil”.
Tədbirdə iştirak edə bilməyən bəzi yazıçıların incikliyi ilə bağlı suala isə Anar Rzayev “Yazıçılar Birliyinin 2000-dən çox üzvü var, əlbəttə ki, hər kəs iştirak edə bilməz” deməklə kifayətlənib.
Qeyd edək ki, AYB-nin ali orqanı olan qurultay 5 ildən bir çağırılır. Qurultay sonuncu dəfə 2014-cü ildə keçirilib. Ötən ilin aprel ayında çağırılması planlaşdırılan XIII qurultay pandemiya ilə əlaqədar oktyabr ayına keçirilmişdi.
Aytən Məftun
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi








.jpg)































