Üçüncü Sineviziyon Beynəlxalq Film Festivalı keçirildi - FOTO
Bizi izləyin

Art

Üçüncü Sineviziyon Beynəlxalq Film Festivalı keçirildi - FOTO

Şimali Kipr Türk Sinema Televiziya Dərnəyinin təşəbbüsü, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin dəstəyi ilə “3 Ölkə Tək Festival” başlığı ilə keçirilən festivalın qapanış mərasimi olub. Açılış Azərbaycan və Türkiyə dövlət marşları ilə başlayıb.

Publika.az xəbər verir ki, Azərbaycan-Kipr Dostluq Cəmiyyətindən verilən məlumata əsasən, Festivala ümumilikdə 50-dən çox ölkədən 1600 qısametrajlı film daxil olub. Festivalın jüri üzvləri böyük diqqətlə filmləri izləyib və öz rəylərini bildirib.

Açılışda çıxış edən diaspor təşkilatının sədri Orxan Həsənoğlu qeyd edib ki, bu il Şimali Kipr Türk Respublikası, Türkiyə Respublikası və Azərbaycan Respublikasının təmsil olunduğu Festival “3 Ölkə Tək Festival” başlığı ilə həyata keçirilib. Festivala bu qədər yüksək marağın olması həmçinin ondan xəbər verir ki, ölkələrimizə dünya kino sektorunda böyük maraq var.

O.Həsənoğlu vurğulayıb ki, Azərbaycan xalqı və onun Prezidenti İlham Əliyev 30 ilə yaxın ümumdünya ictimaiyyəti qarşısında işğal olunmuş torpaqlarımıza ədalət istəyib: “Azərbaycan öz sülhməramlı siyasətini davam etdirib. Amma bu xoşməramlı siyasət işğal olunmuş torpaqlarımızın azad olunmasına töhfə verməyib. Azərbaycan xalqı öz Ali Baş Komandanının iradəsi ilə torpaqlarını azad etmək üçün ədalət müharibəsinə başlayıb. Qısa zamanda ölkəmiz düşmən işğalında olan torpaqlarını azad edib. Bu, xalqımızın tarixində mühüm hadisədir”.

Tədbirin təşkilati dəstəkçilərindən biri olan Lefkoşa Türk Bələdiyyəsinin sədri Məhmət Harmancı çıxış edib. O bildirib ki, bu festivalın Lefkoşa şəhərində baş tutması səbəbindən olduqca xoşbəxtdir.

Festivalın sponsoru olan Kıbrıs-Amerikan Universitetinin rektoru, professor Gökçə Keçəçi də çıxış edib. Rektor bildirib ki, Universitet olaraq beynəlxalq layihədə yer almaq onlar üçün əhəmiyyətlidir. Sənəti və sənətkarı dəstəkləyən bir elmi mühit formalaşdırmaqda maraqlıdırlar.

Film Festivalına təqdim olunan qısametrajlı filimlərin birincisi olan, rejissor Məhmət Köprüyə aid “Qoca Yörüğün Toxumları” filminin təqdimatı olub. İzləyicilər böyük maraqla filmi izləyiblər.

Sonda təşkilatçılara və qalib filmin rejissoruna xatirə plaketləri təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm