Art
Natiq Məmmədlinin "Sev” romanının imza günü olacaq
Sabah saat 11:00-da Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Kitab Sərgisində yazıçı Natiq Məmmədlinin "Sev” romanın imza günü olacaq.
Publika.az xəbər verir ki, imza günü kitabın işıq üzü gördüyü "Mücrü” nəşriyyatının stendində keçiriləcək.
"Körpüdə ümid” romanından sonra "Sev” Natiq Məmmədlinin böyük janrda oxucularla növbəti görüşüdür. Müəllifin ayrı-ayrı vaxtlarda "Ləyaqət düsturu”, "Bekketə salam”, "Qəhrəmanım sənsən” kitabları işıq üzü görüb.
"Sev” – məhəbbət romanıdır. Əsər günahları yalnız bir-birini sevmək olan, iki fərqli dinə məxsus gəncin məhəbbətləri yolunda mübarizəsindən, hiss və həyəcanlarından bəhs edir. Bu həm də əfsanəvi məhəbbət aşiqi Sarı Aşığın kitabıdır. Aşığın bərpa olunan gerçək dastanı əsərin ruhuna hopur.
"Sev” özünün siyasi, fəlsəfi mesajları ilə ənənəvi sevgi romanı çərçivələrindən kənara çıxır. Hadisələr dünyanın müxtəlif yerlərində, fərqli zamanlarda cərəyan etsə də, sevənlər Odlar Yurduna doğru can atır. Müəllif əsərin epiqrafında onu başa düşməyin asan yolunu da göstərir – "Yalnız sevənlər anlar”...
Qeyd edək ki, sərgiyə "Koroğlu” metro stansiyasından hər yarım saatdan bir, "Elmlər Akademiyası” stansiyasının yanından isə hər saatdan bir avtobuslar hərəkət edəcəklər.
Oktyabrın 6-dan 10-dək Bakı Ekspo Mərkəzində 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir. Sərgi-yarmarkanın məqsədi kitab və mütaliəni təbliğ edərək və populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini təmin etməkdir.
Kitab sərgi-yarmarkası Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ







.jpg)







.jpg)






















