Türk dünyası sənətçilərinin Ankarada konserti
Bizi izləyin

Art

Türk dünyası sənətçilərinin Ankarada konserti

Türkiyənin ən məşhur bədii kollektivlərindən olan Bilkənt Universitetinin Simfonik Orkestri Türk dünyası sənətçilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim edib.

Publika.az xəbər verir ki, keçmiş Sovet İttifaqının türkdilli respublikalarının (Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan) müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbirdə Jorj Bizenin “Karmen” operasının konsert ifası təqdim olunub.

Ankaradakı “Odeon” konsert zalında çıxış edən orkestri tanınmış dirijor, Azərbaycan Əməkdar incəsənət xadimi Elşad Bağırov idarə edib. Konsertin solistləri Feruza Yusupova (Özbəkistan), Ayxan Uştuk (Türkiyə), Alfiya Karimova (Başqırdıstan) və Rasul Jarmaqambetov (Qazaxıstan) olublar.

Tədbirdə Azərbaycan və digər türk respublikalarının diplomatik nümayəndələri iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm