Art
“Mədəni yenilənmə” adlı yeni multidistiplinar layihəyə start verildi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi YARAT Müasir İncəsənət Məkanı ilə birgə təşkil olunan “Mədəni yenilənmə” adlı yeni multidistiplinar layihəyə start verir.
Layihənin başlıca məqsədi xaricdə yaşayan, musiqi, teatr, kino, ədəbiyyat və elm sahəsində peşəkar uğurlara imza atmış istedadlı soydaşlarımızın fəaliyyəti ilə Azərbaycan tamaşaçılarını tanış etməkdir.
Maarifləndirici xarakter daşıyan bu təşəbbüs tanınmış və istedadlı azərbaycanlıların yaradıcılığını gənclərimizə daha yaxın və daha anlaşılan edəcək.
“Mədəni yenilənmə” layihəsini həm də bu çətin pandemiya dövründə incəsənət və elm xadimlərinin rolunu və əhəmiyyətini cəmiyyətə xatırlatmaq cəhdi kimi qiymətləndirmək olar.
Biz dünyanın hər bir yerində yaşayan soydaşlarımızla Azərbaycan auditoriyası arasında möhkəm əlaqələrin qurulmasını son dərəcə vacib hesab edirik.
Fəaliyyət növündən asılı olaraq, layihənin hər bir iştirakçısına müxtəlif formatlı tədbirlərdə (ustad dərsləri, mühazirələr, yaradıcılıq görüşləri, konsertlər, film nümayişləri, monotamaşalar və s.) iştirak imkanı təqdim olunacaq.
Layihə çərçivəsində ilk qonağımız teatr prodüseri, rejissor, Rusiya Dövlət Teatr Sənəti Akademiyasının (QİTİS) ifaçılıq sənətləri üzrə prodüserlik və menecment kafedrasının rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elşən Məmmədov olacaq.
Giriş sərbəstdir
Tarix: 28 oktyabr 2021-ci il
Saat: 19:00
Məkan: Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı
İştirakçı sayı məhduddur
Qeydiyyat üçün: 050-246-92-92
COVİD pasportun olması mütləqdir.
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Yanan bazardan son görüntülər - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı