Dövlət Kino-Foto Sənədləri Arxivinə yeni fotosənədlər təhvil verilib
Bizi izləyin

Art

Dövlət Kino-Foto Sənədləri Arxivinə yeni fotosənədlər təhvil verilib

Müdafiə Nazirliyi tərəfindən 215 saxlama vahidi fotosənəd daimi mühafizə üçün Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

Milli Arxiv İdarəsindən Publika.az-a bildirilib ki, Müdafiə Nazirliyinin Hərbi nəşriyyatı və “Sənədli və tədris filmləri kinostudiyası” tərəfindən təhvil verilən sənədlər 44 günlük Vətən müharibəsi zamanı Şəhid olan hərbi qulluqçularımızın portretlərindən ibarətdir.

Bununla belə, təqdim edilən fotosənədlərdə 44 günlük müharibə zamanı ermənistan silahlı qüvvələri tərəfindən mülki vətəndaşlarımıza qarşı törədilən terror aktları, o cümlədən işğal altında olarkən şəhər və kəndlərimizin dağıdılmasını əks etdirən kadrlar yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm