• USD 1,7000 0,00% EUR 1,9076 0,00%
    • GBP 2,2618 0,00% RUB 0,0225 0,00%

Ramin Aslanovun sərgisi keçiriləcək

  • Art
  • 16 Noyabr 2021 14:16
  • 789 Baxış
Ramin Aslanovun sərgisi keçiriləcək

Noyabrın 23-də Heydər Əliyev Sarayında gənc və istedadlı fotoqraf Ramin Aslanovun "Bir Bax, Min Yaşat" fərdi foto sərgisi keçiriləcək.

Publika.az xəbər verir ki, müxtəlif və rəngarəng mövzuları əhatə edən və əsasən təbiət fotojanrına üstünlük verilən fotosərgi müəllifin tamaşaçılar qarşısında ilk hesabatıdır. Azərbaycanımızın şəhər və rayonlarının təbiətinin müxtəlif obrazlı gözəlliklərinin, təbii sərvətlərinin müxtəlifliyinin sərgiləndiyi sərgi tamaşaçılara yüksək sənət zövqü bəxş edəcək.

Heydər Əliyev Sarayının foto sərginin təşkilində məqsədi sərgilənən foto nümunələrini geniş ictimaiyyətə təqdim edərək, tanıdaraq gənc, yaradıcı və peşəkar insanlara diqqət göstərmək, dəstək olmaqdır.

Qeyd edək ki, saat 17:00-da başlayacaq foto sərgidə əsərlərin satışı həyata keçiriləcək. Əldə olunacaq gəlir Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə "YAŞAT" Fonduna ianə ediləcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR