Art
“Ermənilər bunu eşidib həyasızlıq saldılar” - VİDEO
“Azərbaycanlıları öz musiqimizə yiyə durmağa çağırıram. Bizim çox gözəl musiqilərimiz var. Mən Əqli Mülkiyyət Agentliyinin müəllif hüquqlarının məsləhətçisiyəm. Mərhum müğənnimiz Şövkət Ələkbərovanın oxuduğu bir çox mahnıları ermənilər mənimsəyiblər. “Çırpınırdı Qara dəniz” mahnısını Avraam Russo erməni dilində ifa edib. Ermənilər bizim yüzlərlə mahnılarımızı oğurlayıb ifa edirlər”.
Publika.az OLAY-a istinadla yazır ki, bu sözləri Xalq artisti, bəstəkar Faiq Sücəddinov qonaq olduğu “İncə səhər” verilişində deyib.
Sənətkar ermənilərin yüzlərlə mahnılarımızı öz adlarına çıxararaq oxumaqlarından söz açıb:
“Ermənilər indi yazılan deyil Azərbaycanın xalq və bəstəkar mahnılarını öz adlarına çıxarıb, oxuyurlar. Yunanıstanda olarkən eşitdim ki, ermənilər yenə bizim mahnımızı erməni dilində oxuyurlar. Yaxınlaşıb dedim ki, bu bəstə Tofiq Quliyevindir. Ermənilər bunu eşidib başladılar qışqırıb, həyasızlıq salmağa. Mahnılara yiyə çıxmaq lazımdır. Deməyəndə ki, bu mənimdir onu götürüb aparırlar. Buna görə də diqqətli olmaq lazımdır. Bizim mahnıları təkcə ermənilər deyil, gürcülər, yəhudilər də toylarda ifa edirlər. Onlara demək lazımdır ki, bu bizim mahnımızdır. Biz bunlardan agah olmalıyıq ki, bu bizim sərvətimizdir”.
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal13 Noyabr 19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
ABŞ13 Noyabr 17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi







.jpg)



.jpg)


.jpg)





















