• USD 1,7000 0,00% EUR 1,8722 -0,55%
    • GBP 2,1110 -0,41% RUB 0,0266 0,00%

Daha 4 ölkə Rusiyaya qarşı hücuma qoşuldu – HALQA DARALIR

  • Avropa
  • 23 Mart 2018 19:38
  • 3 156 Baxış
Daha 4 ölkə Rusiyaya qarşı hücuma qoşuldu – HALQA DARALIR

Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnikı Sergey Skripalın Londonda zəhərlənməsi işi üzrə qalmaqala qoşulan ölkələrin sayı artır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniya və Rusiyanın diplomatları qarşılıqlı olaraq deportasiya etməsindən sonra digər ölkələr də Rusiyaya qarşı eyni addımı atmağa hazırlaşır.

Son olaraq Latviya və Çexiya ölkələrindəki Rusiya diplomatlarının qovulacağını açıqlayıb. Daha əvvəl isə Avropa İttifaqı Rusiyadakı səfirini geri çağırmışdı.

Bu gün həmçinin Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel Rusiyaya qarşı sərt addımların anonsunu veriblər. E. Makron Brüsseldə A. Merkel ilə görüşündə Rusiyaya qarşı sərt və əlaqələndirilmiş addımlar atmağa hazır olduğunu bildirib. O qeyd edib ki, Britaniyanın Solsberi şəhərində baş vermiş hadisə bütün Avropanın təhlükəsizliyi üçün təhdiddir: “Bu, Avropa İttifaqı və onun üzvləri tərəfindən qətiyyətli, əlaqələndirilmiş cavab tələb edir. Bir neçə ölkə, o cümlədən Fransa və Almaniya tezliklə koordinasiya olunmuş qərar qəbul edəcəklər”.

Merkel də Rusiyaya qarşı ittihamlara qoşulub. Onun sözlərinə görə, bu ittihamların möhkəm əsası var. Kansler Rusiyaya qarşı mümkün addımları Fransa ilə müzakirə etdikdən sonra icra etməyə başlayacaqlarını söyləyib.

Xatırladaq ki, martın 4-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal və onun qızı Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

London Sergey Skripal və qızının zəhərlənməsində birbaşa Rusiyanı ittiham edib və martın 14-də 23 Rusiya diplomatının deportasiya edilməsinə qərar verib.

Bu gün isə Rusiyadan deportasiya edilən Böyük Britaniya diplomatları səfirlikdən ayrılıb. 23 diplomat ailəsi ilə birlikdə Rusiyanı tərk edib.

Martın 18-də isə Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Boris Conson bildirib ki, Kreml SSRİ-nin dağılması vaxtlarından sinir-iflic maddəsinin yeni ehtiyatlarını yaradırdı. Ekspertlərin sözlərinə görə, bu bəyanat kimyəvi silahlar üzrə müşahidə orqanının Rusiya laboratoriyalarının yoxlamalar keçirməsinə dair tələbin göstəricisi ola bilər.

Qeyd edək ki, Rusiya ordusunun polkovniki Böyük Britaniyanın xeyrinə casusluğa görə 2004-cü ildə həbs edilmişdi. Onu xəyanətdə ittiham etdilər: güman edilir ki, Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti (MI6) ona Qərbdə işləmiş rus agentlərinin ifşa edilməsinin əvəzində pul ödəyib. İstintaqın nəticələrinə görə, Skripal Britaniya kəşfiyyatı tərəfindən əməkdaşlığa hələ 1995-ci ildə cəlb edilmişdi. Rusiya hakimiyyətinin versiyasına görə, hətta işdən çıxarılandan sonra da sabiq kəşfiyyatçı məxfi məlumatları verməyə davam edirdi. O, məlumatları keçmiş iş yoldaşları vasitəsilə əldə edirdi.

Skripal öz günahını etiraf edib. Bütün rütbələrindən məhrum etməklə onu 13 il azadlıqdan məhrum etdilər.

Amma 2010-cu ildə Skripal Avstriya aeroportunda həyata keçirilən casusların genişmiqyaslı mübadiləsinin iştirakçısı olub. O, ABŞ-da saxlanılmış 4 Rusiya agenti ilə dəyişilmişdi. Skripala Böyük Britaniyaya köçməyə icazə verdilər. 66 yaşlı rusiyalı bazar gününə qədər sakit həyat tərzi sürürdü.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR