Avropa
Keçmiş agentin Putinə məktubunun detalları ORTAYA ÇIXDI
Londonda zəhərlənən Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnikı Sergey Skripal martın əvvəlində ikiqat agent olmasından heyfsilənirdi, çünki bu qərar onun həyatını korlamışdı.
Publika.az xəbər verir ki, bu haqda Skripalın məktəb dostu Vladimir Timoşkova istinadən BBC telekanalı bildirib.
Bildirilir ki, Skripal özünü satqın hesab etmirdi, çünki, Timoşkovun sözlərinə görə, ORU-nun sabiq polkovniki Rusiyaya deyil, Sovet İttifaqına sədaqət andı içmişdi.
Timoşkov həmçinin danışıb ki, Skripal Rusiya prezidenti Vladimir Putinə məktub göndərərək bağışlanmasını və vətənə qayıtmaq imkanının yaradılmasını xahiş edirdi. O, Rusiyada anası, qardaşı və başqa qohumları ilə görüşmək istəyirdi. BBC-nin məlumatına görə, Kreml Skripalın Putinə yazdığı məktubun alınması faktını təsdiq etməyiblər.
Xatırladaq ki, martın 4-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal və onun qızı Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
London Sergey Skripal və qızının zəhərlənməsində birbaşa Rusiyanı ittiham edib və martın 14-də 23 Rusiya diplomatının deportasiya edilməsinə qərar verib. Moskva da cavab olaraq 23 Britaniya diplomatını deportasiya edib.
"The Times" qəzetinin yazdığına görə, Avropanın 20 dövləti "Skripal işi"nə görə, rusiyalı diplomatları ölkəsindən göndərməyə hazırdır.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Martın 18-də Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Boris Conson bildirib ki, Kreml SSRİ-nin dağılması vaxtlarından sinir-iflic maddəsinin yeni ehtiyatlarını yaradırdı. Ekspertlərin sözlərinə görə, bu bəyanat kimyəvi silahlar üzrə müşahidə orqanının Rusiya laboratoriyalarının yoxlamalar keçirməsinə dair tələbin göstəricisi ola bilər.
Moskva isə ona ünvanlanan ittihamları qəbul etmir. Rusiyada hətta keçmiş agentin zəhərləndiyinə dair şübhələr var. Daha əvvəl yayılan xəbərə görə, polis Skripal və qızının huşsuz vəziyyətdə tapıldığı skamyanı götürüb.
Qeyd edək ki, Rusiya ordusunun polkovniki Böyük Britaniyanın xeyrinə casusluğa görə 2004-cü ildə həbs edilmişdi. Onu xəyanətdə ittiham etdilər: güman edilir ki, Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti (MI6) ona Qərbdə işləmiş rus agentlərinin ifşa edilməsinin əvəzində pul ödəyib. İstintaqın nəticələrinə görə, Skripal Britaniya kəşfiyyatı tərəfindən əməkdaşlığa hələ 1995-ci ildə cəlb edilmişdi. Rusiya hakimiyyətinin versiyasına görə, hətta işdən çıxarılandan sonra da sabiq kəşfiyyatçı məxfi məlumatları verməyə davam edirdi. O, məlumatları keçmiş iş yoldaşları vasitəsilə əldə edirdi.
Skripal öz günahını etiraf edib. Bütün rütbələrindən məhrum etməklə onu 13 il azadlıqdan məhrum etdilər.
Amma 2010-cu ildə Skripal Avstriya aeroportunda həyata keçirilən casusların genişmiqyaslı mübadiləsinin iştirakçısı olub. O, ABŞ-da saxlanılmış 4 Rusiya agenti ilə dəyişilmişdi. Skripala Böyük Britaniyaya köçməyə icazə verdilər. 66 yaşlı rusiyalı bazar gününə qədər sakit həyat tərzi sürürdü.
Ömər Dağlı
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17 Aprel 17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər