Sürücü maşını uşaqların üzərinə sürdü: 5 yaralı
Bizi izləyin

Avropa

Sürücü maşını uşaqların üzərinə sürdü: 5 yaralı

Şotlandiyanın Qlazqo şəhərində sürücünün avtomobili qəsdən insanların üzərinə sürməsi nəticəsində 5 uşaq xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə zamanı xəsarət alan uşaqlar 12-14 yaş aralığında olub.

Uşaqlardan birinin xəsarəti ciddidir, digərləri ilkin tibbi yardımdan sonra evə buraxılıblar.

İki nəfərin olduğu avtomobil hadisədən sonra ərazidən uzaqlaşıb.

Yerli polis nümayəndəsinin sözlərinə görə, avtomobil uşaqların üzərinə qəsdən sürülüb və bu səbəbdən hadisə sui-qəsd kimi nəzərdən keçirilir.

Hadisənin terrorla bağlı olma ehtimalı səsləndirilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm