Avstraliya da "Skirpal işi"nə biganə qalmadı - 2 diplomat qovuldu
Bizi izləyin

Avropa

Avstraliya da "Skirpal işi"nə biganə qalmadı - 2 diplomat qovuldu

Avstraliya hökuməti ölkədən iki rusiyalı diplomatı deportasiya edəcək.

Publika.az xəbər verir ki, bu açıqlamanı baş nazir Malkolm Törnboll verib.

Baş nazirin sözlərinə görə, rusiyalı diplomatlara ölkəni tərk etmələri üçün 7 gün möhlət verilib.

Buna səbəb isə İngiltərədə rus agent Sergey Skripal və qızının zəhərlənərək ölüdürülməsidir.

M.Törnboll bu hadisənin İngiltərənin suverenliyinə hücum olduğunu bildirib və ölkəsinin müttəfiqləri ilə birgə addım atdığını deyib.

Qeyd edək ki, “Skirpal işi”nə görə 15-dən çox ölkə Rusiyaya etiraz əlaməti olaraq bu ölkənin diplomatlarını deportasiya edir, bəziləri isə konsulluqlarını bağlayır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm