Rusiya Qərb diplomatlarının deportasiyasına başladı
Bizi izləyin

Avropa

Rusiya Qərb diplomatlarının deportasiyasına başladı

Rusiya Finlandiya, İtaliya, Polşa, Litva, Latviya və Niderland diplomatlarının deportasiyasına başlayıb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, onlara Rusiyanı tərk etməsi üçün aprelin 7-nə kimi vaxt verilib.

Qeyd edək ki, 26-29 mart tarixlərində bir neçə ölkə “Skripal işi” ilə əlaqədar Rusiya diplomatlarının deportasiya olunacağını elan edib. ABŞ 60, Ukrayna - 13, Almaniya, Kanada, Polşa və Fransa - 4, Litva, Moldova və Çexiya 3, Avstraliya, Albaniya, Danimarka, İspaniya, İtaliya və Niderland 1, Belçika, Macarıstan, Gürcüstan, İrlandiya, Latviya, Makedoniya, Norveç, Rumıniya, Finlandiya, Xorvatiya, Çernaqoriya, İsveç və Estoniya isə 1 rus diplomatını deportasiya edəcək.

Dünən Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı bildirib ki, Moskva cavab olaraq qərb ölkələrinin diplomatlarını deportasiya edəcək.

“Rusiya diplomatlarını deportasiya etmiş ölkələrə güzgü kimi cavab verəcək”, - Lavrov vurğulayıb.

O dəqiqləşdirib ki, Rusiyadan deportasiya ediləcək qərb diplomatlarının sayı həmin ölkələrdən deportasiya olunan rusiyalı diplomatların sayına bərabər olacaq.

Qeyd edək ki, “Skripal işi” ilə əlaqədar Rusiya diplomatlarını deportasiya edən ölkələrin sayı 24-ə çatıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Xatırladaq ki, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnikı Sergey Skripal və onun qızı İngiltərənin Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. London Sergey Skripal və qızının zəhərlənməsində birbaşa Rusiyanı ittiham edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm