Məşhur terror təşkilatı fəaliyyətinə son qoyur
Bizi izləyin

Avropa

Məşhur terror təşkilatı fəaliyyətinə son qoyur

İspaniyanın Bask Vilayətində yaradılan və müxtəlif dövrlərdə İspaniya ərazisində terror aktları törədən ETA təşkilatı fəaliyyətinə həmişəlik son qoyur.

AZƏRTAC xəbər verir ki, cari il mayın sonu həmişəlik buraxılacaq təşkilat terror fəaliyyətinə 2011-ci ilin oktyabrında son qoymağına baxmayaraq bu cür təşkilatlar siyahısında idi.

ETA 1959-cu ildə Bask Milliyyətçi Partiyası tərəfindən yaradılıb və məqsədi Bask vilayətinin İspaniyanın tərkibindən çıxarılması olub.

Fəaliyyəti dövründə 850-dən çox terror aktı törədən təşkilatın ən qanlı əməli 2004-cü ildə Madriddə eyni zamanda 4 qatarda törədilmiş partlayışlar olub. Həmin partlayışlarda 191 nəfər həlak olub, 2050 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm