İsrail saytları ÇÖKDÜ - "Qəddarlıqlarınızı unutmayacağıq"
Bizi izləyin

Avropa

İsrail saytları ÇÖKDÜ - "Qəddarlıqlarınızı unutmayacağıq"

İsrailin bir sıra dövlət əhəmiyyətli saytları, o cümlədən Müəllimlərin Həmkarlar İttifaqının internet səhifəsi haker hücumuna məruz qalıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, həmin saytların baş səhifəsində "Th3Falcon" qrupunun hakerləri Qəzza sektorunda fələstinlilərlə İsrail ordusunun toqquşmasını əks etdirən şəkil yerləşdiriblər. Bundan başqa, ingilis dilində "Qüds Fələstinin paytaxtıdır", ərəb dilində "Sizin qəddarlıqlarınızı unutmayacağıq" sözləri yazılıb.

İsrail teleradio korporasiyasının məlumatına görə, anoloji hücuma hökumət portalları da məruz qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm