Almaniyada TERROR: Ölən və yaralananların sayı dəqiqləşdi - Səbəbkar intihar etdi - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Avropa

Almaniyada TERROR: Ölən və yaralananların sayı dəqiqləşdi - Səbəbkar intihar etdi - FOTO - (YENİLƏNDİ)

Almaniyanın Münster şəhərində yük maşınının insanların üzərinə sürülməsi nəticəsində ölən və yaralananların dəqiq sayı açıqlanıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, insident nəticəsində 3 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb. Onlardan 6-nın vəziyyəti ağırdır. Yerli polis faktı təsdiqləyib.

***

Almaniyada yük avtomobilini insanların üstünə sürən sürücü intihar edib.

Polis hadisəni terror aktı kimi dəyərləndirib.

***

Almaniyada sürücü idarə etdiyi yük avtomobilini bir qrup insanın üstünə sürüb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Nəşrin yazdığına görə, hüquq-mühafizə orqanlarındakı mənbələr hadisəni terror aktı kimi qiymətləndirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm