• USD 1,7000 0,00% EUR 1,8580 0,00%
    • GBP 2,0761 0,00% RUB 0,0238 0,00%

Türkiyə təyyarələrinə hücum etmək istəyən yunan qırıcısı MƏHV OLDU - Egeydə GƏRGİN ANLAR

  • Avropa
  • 12 Aprel 2018 15:30
  • 6 444 Baxış
Türkiyə təyyarələrinə hücum etmək istəyən yunan qırıcısı MƏHV OLDU - Egeydə GƏRGİN ANLAR

Egey dənizində yerləşən İskiri adasının yaxınlığında Yunanıstanın döyüş təyyarəsi qəzaya uğrayıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Yunanıstan Hərbi Hava Qüvvələrinin məlumatında deyilir.

Məlumata görə, “Mirage 2000-5” tipli təyyarə İskiri adasının 9 dəniz mili şimali-şərqində yerli vaxtla saat 12:15-də itib. Pilotun taleyi haqqında məlumat yoxdur, axtarış-xilasetmə işləri davam etdirilir.

Təyyarənin qəzaya uğramasının səbəbi hələ məlum deyil.

Türkiyə Silahlı Qüvvələri isə təyyarənin qəzaya uğradığı vaxtda bölgədə hər hansı türk qırıcısının olmadığını açıqlayıb.

Yunanıstan mətbuatı isə təyyarənin enmə zamanı düşdüyünü yazıb. “Proto Thema” qəzetinin yazdığına görə, yunan qırıcısı Türkiyə təyyarələrinin uçuşlarına maneə olmaq üçün Egey dənizində patrul keçiyi çəkən hava donanmasının tərkibinə daxil olub.

Dünən isə Türkiyənin “Yeni Şəfəq” nəşrinin yazarı, siyasi şərhçi İbrahim Karagül yazmışdı ki, Rusiyanın döyüş təyyarəsini vuraraq Türkiyəni Rusiya ilə müharibənin bir addımlığına gətirənlər eyni təxribatı Egey dənizində törədə bilərlər.

Onun sözlərinə görə, bənzər təxribatın yenə də FETÖ və atlantikçi dairələrin təlimatları ilə törədilə biləcəyinə dair şübhələr var. Yazar qeyd edir ki, ölkənin qərbində - Egey dənizində Türkiyə və Yunanıstan arasında yeni bir qarşıdurmanın fitili atəşlənə bilər.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR