Sabiq prezident ürəyindən əməliyyat olundu
Bizi izləyin

Avropa

Sabiq prezident ürəyindən əməliyyat olundu

İtaliyanın keçmiş prezidenti, 92 yaşlı Corco Napolitano ürəyindən əməliyyat olunub.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, sabiq prezident dünən gecə döş qəfəsində güclü ağrılar hiss edib. Corco Napolitano həkimin məsləhəti ilə xəstəxanaya yerləşdirilib və dərhal ürəyindən əməliyyat olunub.

Napolitano 2006-cı ilin mayından 2015-ci ilin yanvarına qədər İtaliyaya rəhbərlik edib. O, ölkə tarixinə ikinci müddətə seçilən yeganə prezident kimi düşüb.

Napolitano həm də ömürlük senatordur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm