"Melaniya Tramp Ağ Evdə əsir saxlanılır" - Fransanın birinci xanımı
Bizi izləyin

Avropa

"Melaniya Tramp Ağ Evdə əsir saxlanılır" - Fransanın birinci xanımı

Fransa prezidenti Emmanuel Makronun 65 yaşlı xanımı Bricit Makron ABŞ səfərindən sonra ölkəsinin “Paris’te Le Monde” qəzetinin müsahibə verib.

Publika.az xəbər verir ki, Vaşinqtonda keçirdiyi maraqlı anları bölüşən Fransanın birinci xanımı ABŞ-ın birinci ledisi Melaniya Trampın gündəlik həyatından da danışıb.

Xanım Makron bildirir ki, Melaniya Tramp Ağ Evdə əsir, dustaq kimi yaşayır:

“Melaniya Tramp Ağ Evdən kənara addımını da ata bilmir. Həbsxana həyatı yaşayırmış kimidir. Hər şeyin qərarı verilib, o, sadəcə yaşayır. Təhlükəsizlik xidməti ona nəfəs aldırmır. Həyatı sərhədlənib. Məndən də çox sıxışdırılır. Rəsmən, heç bir şey etmir. Yaşadığı yerdə pəncərə belə açmır. Açan kimi təhlükəsizlik xidməti zəng edib bağlatdırır. Mən isə hər gün Parisdə küçəyə çıxıb insanlar arasında gəzirəm”.

Melaniya Tramp ilə öz həyatını müqayisə edən Bricit Makron Melaniyanın dözümlü, güclü qadın olduğunu deyib.

Qeyd edək ki, Sloveniya əsilli model Melaniya Tramp prezident Donald ilə 2005-ci ildə ailə qurub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm