Avstriyada təyyarə qəzası - Ölənlər var
Bizi izləyin

Avropa

Avstriyada təyyarə qəzası - Ölənlər var

Aprelin 29-da Avstriyanın Tirol federal əyalətinin mərkəzi İnnsbruk şəhərinin beynəlxalq hava limanının ərazisində təyyarə qəzası baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, İsveçrədə uçuş lisenziyası almış kiçik təyyarədə (motoplan) olan hər iki şəxs qəza nəticəsində həlak olublar.

Tirol əyalət polisindən mətbuata verilən məlumata görə, qəzanın səbəbləri və təyyarədəki hər iki şəxsin kimliyi naməlum olaraq qalır. İnnsbruk aeroportuna yanacaq doldurmaq üçün enən təyyarə təkrar havaya qalxdıqdan az sonra hava limanı ərazisində yerə çırpılıb.

Əyalət polisi İsveçrə istiqamətindən gələn motoplandakı şəxslərin bu ölkənin vətəndaşları olduqlarını ehtimal edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm