Pakistan və Hindistan bir-birini məhv edər, İsrail mövcud olmaz, ABŞ isə... – ŞOK İDDİA
Bizi izləyin

Avropa

Pakistan və Hindistan bir-birini məhv edər, İsrail mövcud olmaz, ABŞ isə... – ŞOK İDDİA

“Nüvə silahı böyük zərər və əziyyətlər gətirsə də, o ölkələr arasında münaqişələri məhdudlaşdırılmış miqyaslarda saxlamağa imkan verir”.

Publika.az xəbər verir ki, belə nəticəyə Avstriyanın “Contra Magazin” nəşrinin jurnalisti Marko Mayer gəlib.

“Əgər Rusiya və Çində nüvə bombaları olmasaydı, amerikalılar öz müttəfiqləri ilə birlikdə çoxdan hücum edərdilər. Nüvə bombaları olmayan Hindistan və Pakistan bir-birini çoxdan məhv edər, İsrail bu silahsız daha mövcud olmazdı”, - o yazıb.

Bu baxımdan, materialın müəllifi hesab edir ki, “hamı üçün nüvə silahı” şüarı bütün Yer kürəsində səslənməlidir. Jurnalist hesab edir ki, bu halda, ölkələr arasında müharibələr ağlasığmaz olardı.

Daha əvvəl BMT-nin silahsızlaşdırma məsələləri üzrə nümayəndəsi İzumi Nakamitsu bildirib ki, dünyada nüvə silahından istifadə təhlükəsi artır, kollektiv təhlükəsizlik sahəsində əhəmiyyətli beynəlxalq razılaşmalar pozulur.

“Nə qədər ki, nüvə silahı milli arsenallarda mövcud olacaq, bu təhlükə bütün bəşəriyyəti narahat edir”, - BMT-nin rəsmisi deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm