ABŞ-ın tank diviziyası Rusiya sərhədlərinə YAXINLAŞIR - Moskvadan HƏDƏ
Bizi izləyin

Avropa

ABŞ-ın tank diviziyası Rusiya sərhədlərinə YAXINLAŞIR - Moskvadan HƏDƏ

Polşa ABŞ-ı ölkədə zirehli tank diviziyasını yerləşdirməyə çağırıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi “ABŞ-ın Polşada daimi olması üçün Təklif” adlı sənədi dərc edib.

Varşava bu hədəf üçün 1,5-2 milyard dollar ayırmağa hazırdır. Diviziyanın yerləşdirilməsinin mümkün məkanları kimi Bıqdoş və Torun şəhərləri göstərilib. Sənəddə qeyd edilir ki, Vaşinqton və Varşavanın münasibətləri fövqəladə sıxdır, ümumi dəyərlərə və maraqlara söykənir.

Polşada Amerika qoşunlarına ehtiyac Rusiya təhlükəsinin güclənməsi ilə əsaslandırılır. İddia edilir ki, Moskva Avropada təhlükəsizliyi açıq pozmağa və qitədə ABŞ-ın iştirak səviyyəsini aşağı salmağa çalışır.

Amerikalılara xatırladırlar ki, Donald Tramp Varşavada çıxış edərək “bizim təhlükəsizliyimiz üçün dəhşətli təhdidləri var. Biz onlara qarşı dayanacağıq, biz qalib gələcəyik” deyib.

“Polşada ABŞ-ın tank diviziyasının daimi olması bu hədəfə çatmağa kömək edəcək”, - sənəddə deyilir.

Polşa həmçinin Amerika hərbçilərinə Müdafiənin Nazirliyinə aid olan infrastrukturdan, həmçinin başqa obyektlərindən istifadə etməyə icazə verməyi planlaşdırır.

Polşa hakimiyyətinin bu qərarı haqqında daha əvvəl KİV yazıb. Kremldən bildiriblər ki, bu addım Varşavanın suveren qərarıdır, amma o, Moskvanın cavab hərəkətlərinə səbəb olacaq. Vurğulanıb ki, NATO infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması qitədə sabitliyə imkan yaratmır.

Eyni zamanda, Dövlət Duması Varşavanın belə siyasətinin regionda sabitliyi hədələdiyini bəyan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm