Belarus ABŞ-ı HƏDƏLƏDİ: “Amerika hərbi kontingenti...”
Bizi izləyin

Avropa

Belarus ABŞ-ı HƏDƏLƏDİ: “Amerika hərbi kontingenti...”

“Polşada Amerika hərbi kontingenti daimi olarsa, Belarus öz ərazisində Rusiyanın hərbi bazasının yerləşdirilməsinə icazə verə bilər”.

Publika.az xəbər verir ki, “Amerikanın Səsi” radiosunun məlumatına görə, bu haqda Brüsseldə Belarusun xarici işlər naziri Vladimir Makey bildirdi.

Makey deyib ki, Minsk regionda gərginliyi azaltmaq və həm Qərb, həm də Moskva ilə yaxşı münasibətləri dəstəkləmək istəyir.

“Düşünürəm ki, bu niyyətə reaksiya yeni hərbi təyyarə bazasının yerləşdirilməsi olacaq. Hazırda biz Belarus ərazisində yeni xarici hərbi bazaları yerləşdirməyi planlaşdırmırıq. Amma, gələcəkdə qonşularımızın nə edəcəyini nəzərə alaraq addımlar atacağıq", - o deyib.

Xatırladaq ki, daha əvvəl Polşa ABŞ-ı ölkədə zirehli tank diviziyasını yerləşdirməyə çağırıb. Ölkənin Müdafiə Nazirliyi “ABŞ-ın Polşada daimi olması üçün Təklif” adlı sənədi dərc edib.

Varşava bu hədəf üçün 1,5-2 milyard dollar ayırmağa hazırdır. Diviziyanın yerləşdirilməsinin mümkün məkanları kimi Bıqdoş və Torun şəhərləri göstərilib. Sənəddə qeyd edilir ki, Vaşinqton və Varşavanın münasibətləri fövqəladə sıxdır, ümumi dəyərlərə və maraqlara söykənir.

Polşada Amerika qoşunlarına ehtiyac Rusiya təhlükəsinin güclənməsi ilə əsaslandırılır. İddia edilir ki, Moskva Avropada təhlükəsizliyi açıq pozmağa və qitədə ABŞ-ın iştirak səviyyəsini aşağı salmağa çalışır.

Amerikalılara xatırladırlar ki, Donald Tramp Varşavada çıxış edərək “bizim təhlükəsizliyimiz üçün dəhşətli təhdidlər var. Biz onlara qarşı dayanacağıq, qalib gələcəyik” deyib.

“Polşada ABŞ-ın tank diviziyasının daimi olması bu hədəfə çatmağa kömək edəcək”, - sənəddə deyilir.

Kremldən bildiriblər ki, bu addım Varşavanın suveren qərarıdır, amma o, Moskvanın cavab hərəkətlərinə səbəb olacaq. Vurğulanıb ki, NATO infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması qitədə sabitliyə imkan yaratmır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm