Fransa da Trampa qarşı çıxdı: "Əsəb tutmaları..."
Bizi izləyin

Avropa

Fransa da Trampa qarşı çıxdı: "Əsəb tutmaları..."

Fransanın Prezident Adminstasiyası Kanadada təşkil edilən G-7 Liderlər Sammitindən sonra ABŞ prezidenti Donald Trampı sərt şəkildə tənqid edən açıqlama verib.

Publika.az xəbər verir ki, G-7 zirvəsi Donald Trampın ev sahibi Kanadaya sərt tənqidləri və ABŞ prezidentinin zirvənin sonundakı ortaq hesabatlara imza atmamasından sonra böhranla sona çatıb.

Zirvədə, xüsusilə, ticarət sahəsindəki anlaşmazlıqlar öz həllini tapa bilməyib.

Fransanın prezidenti Emmanuel Makronun ofisi zirvədə Trampın davranışları ilə bağlı “Beynəlxalq əməkdaşlıq əsəb tutmaları və düşünülməmiş açıqlamalarla diqtə edilə bilməz” açıqlamasını verib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm